Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı artdı
Noyabrın 30-da Nigeriyanın Kano əyalətində sərnişin qayığının batması nəticəsində həyatını itirənlərin sayı artıb.
Kano əyalət polisinin sözçüsü Abdullahi Kiyava verdiyi açıqlamada qayığın Baqvay çayında batmasından sonra davam edən axtarış-xilasetmə işləri zamanı daha 13 nəfərin cəsədinin tapıldığını bildirib.
Bununla da qəzada həyatını itirənlərin sayı 42-yə çatıb.
Kiyava axtarış-xilasetmə işləri zamanı doqquz nəfərin xilas edildiyini də qeyd edib.
Kano əyalətində baş verən qəzadan sonra əyalətdəki çaylarda ticarət gəmilərinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Mənbə: Anadolu agentliyi

