Sosial 

Sahil Babayev: “İxtisaslı işçi qüvvəsinin xüsusi çəkisi 35 %-dən çox deyil”

“Ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olması əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması deməkdir”.

ARANTV.AZ xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar:

“Digər tərəfdən ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35 %-dən çox deyil”.

Nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

Daha çox xəbərlər