Sosial 

Qarabağda qanunsuz fəaliyyət göstərmiş şirkətlər müəyyən edilir

“İşğal dövründə həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər olub”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, işğal vaxtı konkret şirkətlərin qanunsuz işləri ilə bağlı araşdırmalar aparılır: “Bu şikayətlər həmin şirkətlərin aktivlərinə qarşı olacaq. Hər bir konkret halda belə şirkətlər müəyyən edilərək, onların fəaliyyət göstərdiyi şirkətlərin yurisdiksiyası konkretləşdirilərək addımlar atılacaq. Çünki bu qərarlar kağız üzərində qalmamalıdır. Buna görə də həmin şirkətlərin müəyyən edilməsi üçün konkret işlər aparılır”.

Daha çox xəbərlər