Dövlət şəhid övladlarının Türkiyədə təhsil almasına şərait yaradacaq
“Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər”.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.O qeyd edib ki, bununla bağlı proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.

