Üç avtomobil toqquşdu: Xəsarət alan var – FOTO
Gəncədə zəncirvari yol qəzası baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai”, VAZ-2106 və QAZ-3110 markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

