Sosial 

Şəhidimizlə vida mərasimi keçirilir – FOTO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

ARANTV.AZ  Oxu.az-a istinadla xəbər verir ki, onun nəşi bu gün axşam saatlarında doğulduğu Siyəzən rayonuna gətirilir..

Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Siyəzəndə torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

 

 

 

Daha çox xəbərlər