Nazirlik zavodun fəaliyyətini dayandırdı – FOTO/VİDEO
Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda nöqsanlar aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, sözügedən zavodda aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi orada hər an baş verə biləcək kiçik yanğının qısa müddətdə genişlənərək acı nəticələrə səbəb ola biləcəyini deməyə əsas verir.
Qeyd olunanları nəzərə alaraq, Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş sahələrdə işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib. Qərar Asfalt-beton istehsalı zavodunun icraçı direktoru Əmir Yusibova təqdim edilib.

