Azad edilmiş ərazilərdə kommunal xidmətlər üzrə güzəştlər müəyyən ediləcək
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər müəyyən ediləcək.
ARANTV.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi istiqamətində təkliflərini hazırlayacaq.

