Hava 

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında dekabrın 12-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 9-11 dərəcə, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

Daha çox xəbərlər