Gündəm 

Azərbaycan Voronejdən 11,6 min ton taxıl və emal məhsulları idxal edib

Bu ilin əvvəlindən Voronej bölgəsindən Azərbaycana 11,6 min ton taxıl və emal məhsulları tədarük edilib.

“Report” bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.

Məlumata görə, “Rosselxoznadzor”un Voronej, Belqorod və Lipetsk vilayətləri üzrə İdarəsi, ümumilikdə bölgədən 2021-ci ilin əvvəlindən ixrac edilən 340 min ton taxıl və onun emal olunmuş məhsullarını yoxlayıb.

Əsas ixrac məhsulları buğda (118 min ton), günəbaxan unu (111 min ton), arpa maltı – (53 min ton) olub. Voronej taxılının və onun emal məhsullarının əhəmiyyətli hissəsi Latviyaya ixrac olunub (105,1 min ton taxıl və 147,2 min ton emal məhsulları).

Bölgədən Polşaya 7,08 min ton taxıl, Belarusa 3,5 min ton taxıl və 1,6 min ton emal məhsulları, Ermənistana 6,3 min ton arpa maltı, Qazaxıstana 10,1 min ton taxıl və 6,6 min ton arpa maltı göndərilib.

Bundan başqa, qurum 2021-ci ilin əvvəlindən Rusiyaya daxili tədarükü üçün nəzərdə tutulan 1,29 milyon tondan çox taxıl və onun emal məhsullarını yoxlayıb.

Daha çox xəbərlər