İnternat uşaqlarının mənzil sevinci – VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət uşaq müəssisələrinin məzunu olan və valideyn himayəsindən məhrum daha bir qrup şəxsi mənzillə təmin edilib.
Süjetdə qeyd olunur ki, təkcə bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən valideyn himayəsindən məhrum olan internat məzunlarına ümumilikdə 186 mənzil verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həssas əhali qruplarından olan digər şəxslərin də sosial-məişət şəraiti yaxşılaşdırılır. Bu tədbirlər dövlət uşaq müəssisələrinin məzunlarını da əhatə edir.
Baku TV mənzillərin təqdimetmə mərasimində iştirak edib, gənclərin firirlərini öyrənib:

