UNEC-in doktorantı Bərdə Peşə Liseyində pedaqoji fəaliyyətə başlayıb.
2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktoranturasına qəbul olan Vəliyeva Könül Mübariz qızı Bərdə Peşə Liseyində yüksək texniki peşə təhsili səviyyəsi üzrə “Mühasibat uçotu” ixtisas qrupunda pedaqoji fəaliyyətə başlayıb.
Son dövrlərdə peşə təhsili sahəsində həyata keçirilən islahatları yaxından izləyirəm. Peşəkar karyeramı məhz Bərdə Peşə Liseyində davam etdirmək qərarına gəldim. Bu qərarımı sürətlə modernləşən Bərdə Peşə Liseyinyində perspektivli gənclərin hərtərəfli karyera inkişafı üçün yaradılan imkanlarına görə verdim və müəllimlərin işəqəbul müsabiqəsində uğurla iştirak edərək uğur qazandım.
Təhsil aldığı qabaqcıl universitetlərdə qazandığı bilik, bacarıq və təcrübəni Bərdə Peşə Liseyində tətbiq etmək əzmində olan Könül Vəliyeva regionda yerləşən bu peşə təhsili müəssisəsinin gələcək uğurlarında pay sahibi olacağına əminliyini ifadə edib.

