Siyasət 

Azərbaycan-İsveçrə birgə komissiyasının növbəti iclası Bakıda keçirilə bilər – Səfir

Ümid edirik ki, Azərbaycan-İsveçrə birgə iqtisadi komissiyasının növbəti iclası 2022-ci ildə Bakıda keçiriləcək.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransı zamanı İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre deyib.

“Iki ölkə arasında mütəmadi olaraq ikitərəfli, o cümlədən ən yüksək səviyyədə görüşlər keçirilir. Bizim prezidentlərimiz arasında sonuncu görüş 2020-ci ilin yanvarında Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilib. Əməkdaşlığın daha bir aspekti ticarət və investisiyaları özündə ehtiva edən iqtisadi əlaqələrdir. Ticarətə gəldikdə ixrac və idxal əlaqələrimiz yaxşı səviyyədədir. Lakin əlbəttə ki, daha çox inkişaf üçün hər zaman potensial vardır. Azərbaycan və İsveçrə arasında birgə iqtisadi komissiya fəaliyyət göstərir və biz ümid edirik ki, komissiyanın növbəti görüşü 2022-ci ildə Bakıda keçiriləcək. İnvestisiyalara gəldikdə isə hər iki ölkə tərəfindən investisiyalar mövcuddur və bunun qarşılıqlı faydası var”, – səfir deyib.

Daha çox xəbərlər