Bakıda ağır yol qəzası baş verib

Bakıda ağır yol qəzası baş verib.

ARANTV.AZ  xəbər verir ki,  hadisə Səbail rayonunda, Dağüstü park yolunda qeydə alınıb.

BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə ərazi üzrə rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.