Emin Əmrullayev federasiya prezidenti seçildi – YENİLƏNİB + FOTO
Azərbaycan Basketbol Federasiyasının yeni prezidenti seçilib.
ARANTV.AZ-ın xəbərinə görə, təhsil naziri Emin Əmrullayev federasiyanın yeni prezidenti seçilib.
Konfransda həmçinin Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçiliblər.
10:28
Bu gün Azərbaycan Basketbol Federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.
Oxu.Az-a verilən məlumata görə, federasiya prezidentinin seçiləcəyi tədbir saat 11:00-da başlayacaq.
Seçki ənənəvi olaraq, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.
Qeyd edək ki, Basketbol Federasiyasının prezidenti 1999-cu ildən etibarən Nadir Nəsibovdur. O, 1996-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsi – red.) sədri işləyib.

