Zəngəzur dəhlizinin açılması turizm sahəsində yeni prioritetləri müəyyən edir
Zəngəzur dəhlizinin açılması turizm sahəsində yeni prioritetləri müəyyən edir və qarşıya yeni çağırışlar qoyur.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, pandemiyaya qədər turizm dinamik inkişaf edən sahələrdən biri olub:
“Turizm potensialının səmərəli istifadəsi nəticəsində 2019-cu ildə Azərbaycana səfər edən turistlərin sayı xeyli artıb və onların ölkədə xərclədiyi vəsait 3 milyard manata qədər olub”, – M.Quliyev bildirib.

