Sosial 

Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

“Ölkə üzrə 1 milyon 200 mindən çox pensiyaçı qeydiyyatdadır”.

ARANTV.AZ  xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov bildirib. Onun sözlərinə görə, onlardan təxminən 59,1 faizi yaşa, 29 faizi əlilliyə, 11,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alan şəxslərdir. Qeydiyyatda olan pensiyaçılar ölkə əhalisinin təqribən 12 faizini əhatə edir.

Daha çox xəbərlər