Türkiyənin Azərbaycandakı sərmayəsi 12 milyard dollara çatıb – Mehmet Muş
İş adamlarımız Azərbaycan və Gürcüstana sərmayə qoymaqda maraqlıdır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2020-ci ildə Türkiyə Azərbaycanın idxal və ixracında ikinci sırada yer alıb.
“Türkiyənin Azərbaycandakı sərmayəsi 12 milyard dollara çatıb. Azərbaycanın isə Türkiyədəki investisiyalarının həcmi 19 milyard dolları ötüb” – türkiyəli nazir qeyd edib.

