“Bu göstəricini 15 milyard dollara çatdırmağı planlaşdırırıq”
Yaxın zamanlarda Azərbaycanın İstanbuldakı ticarət nümayəndəliyi tam gücü ilə işə düşəcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda türkiyəli iş adamlarının olması iki ölkə arasında iqtisadi münasibətlərə daha böyük təkan verəcək.
Nazir xatırladıb ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 3,5 milyard manat təşkil edib.”Biz 2023-cü ilədək bu göstəricini 15 milyard dollara çatdırmağı planlaşdırırıq”, – deyə o bildirib.

