Xudatda 11 yaşlı qız dəm qazından zəhərləndi
Xudatda yeniyetmə qız dəm qazından zəhərlənib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xudat şəhəri, Muxtadir küçəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Aytac Elman qızı Qasımova yaşadığı ünvanda hamamda çimərkən halı pisləşib.
Aytac Qasımova xəstəxanaya yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

