Siyasət 

BMT-də Azərbaycanın təşəbbüsü ilə vaksinlərlə bağlı qətnamə qəbul olundu

BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin dəstəyi ilə COVID-19 vaksinlərinə ədalətli çıxış imkanı barədə qətnaməni qəbul edib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Twitter” səhifəsində bildirib.

Qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq COVID-19-la mübarizədə başçılığını davam etdirir.

Daha çox xəbərlər