Azərbaycandakı əcnəbilərin sayı açıqlanıb
“Azərbaycanda əcnəbilərin yaşaması üçün bütün zəruri tədbirlər görülüb. Ötən iki il miqrantlar üçün COVID-19 pandemiyasına görə çətin dönəm olub. Bu il ərzində Azərbaycanda olan əcnəbilərin olma müddət uzadıldı, onların ölkədən kənara çıxarılması məcburi sayılmadı”.
ARANTV.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, Azərbaycanda hazırda 132 min əcnəbi yaşayır: “Bunlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstandan olanlar ilk yerdədir. Onların 13 faizi 15 günə qədər müddətsiz yaşayanlardır. 15 gündən artıq yaşayanlar isə müvafiq qaydada qeydiyyata alınırlar”.

