Kamran Əliyevdən yeni TƏYİNAT
Hacıqabul rayon prokuroru Rövşən Maqsudov vəzifəsindən azad edilib.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, o, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
İnformasiyanı redaksiyamıza Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

