Sosial 

Kliniki Tibbi Mərkəzdə yeni şöbə yaradılır

Kliniki Tibbi Mərkəzdə sahəsi 1000 kvadratmetr olan təcili yardım şöbəsi yaradılır.

ARANTV.AZ  xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və TƏBİB-in birgə fəaliyyəti nəticəsində 14 təlim mərkəzi yaradılıb:

“Bu təlim mərkəzlərində həm təcili yardım həkimləri, həm də təcili yardım stansiyaları üçün ilkin tibbi xidmətin təşkili ilə bağlı təlimlər keçirilir. Yaxın zamanda ÜST ilə birlikdə 1 saylı Kliniki Tibbi Mərkəzdə də təlim mərkəzinin yaradılması nəzərdə tutulub. Türkiyənin Ege Universitetinin və bir sıra digər universitetlərin təlimçiləri ilə bu istiqamətdə işlər görülür. İlkin tibbi xidmətin təşkili üçün həm həkimlərə, həm də orta tibb personalına lazımı təlimlər keçirilir”.

Daha çox xəbərlər