Siyasət 

Azərbaycan diplomatiyasının uğuru

2021-ci ilin 15 dekabr tarixində keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti baş tutdu. Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi və qeyri formal keçirilən təkbətək görüşləri Azərbaycan üçün siyasi cəhətdən önəmli idisə, Avropa İttifaqına daxil olan ölkələr üçün Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı prioritet vəzifə kimi qarşıya qoyuldu. Müstəqilliyini yenicə bərpa etmiş bir dövlət üçün mötəbər təşkilatlarla əməkdaşlıq qurmaq və həmin qurumların üzvü olmaq çox zəruri idi. Xüsusilə, Azərbaycan üçün daha vacib idi. Təəssüf ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı beynəlxalq aləmə inteqrasiya yolunda ciddi problemlər yaradırdı. Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq yaratsa da, bunu inkişaf etdirə bilmədi. Yalnız 1993-cü ilin ikinci yarısından başlayaraq Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara əlaqələrin inkişafına nail olduq. Ölkəmiz, həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirdi. Həmin təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını bu gün də gerçəkləşdirir və ötən müddət ərzində Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib.

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri perspektivlə xarakterizə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti siyasəti ilə ölkəmiz Avropanın ən qabaqcıl ölkələri sırasında öz mövqeyini gücləndirmiş, geosiyasi arenada öz sözünü deyərək dünyanın ən qüdrətli ölkələri ilə bir sırada yer almışdır.Bu Azərbaycan xalqının və diplomatiyasının beynəlxalq aləmdə uğurudur.

İlqam Əskərov,
YAP Pirallahı Rayon Təşkilatının əməkdaşı

Daha çox xəbərlər