“Bütün region üçün normallaşma arzusundayıq”
Münasibətlərin normallaşması prosesi Ermənistanın atacağı addımlardan asılı olaraq və Azərbaycanla yaxın təmasda olmaqla reallaşdırılacaq.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay parlamentdə büdcə müzakirələri zamanı deyib.
O əlavə edib ki, Türkiyə təkcə Ermənistanla münasibətlərdə deyil, bütün region üçün normallaşma arzusundadır.
“Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə irəli sürdüyümüz “3+3″ formatında regional əməkdaşlıq platformasının birinci iclası ötən həftə baş tutub. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusundayıq və bu yanaşmamızda da tam səmimiyik”, – deyə F.Oktay bildirib.

