Abşeronda 60 yaşlı qadın dəm qazından zəhərləndi

Abşeronda 60 yaşlı qadın dəm qazından zəhərləndi

Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 1961-ci il təvəllüdlü Səfərova Xuraman Dəyanət qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.