Təhsil 

Azərbaycanda dövlət və özəl uşaq bağçalarının sayı AÇIQLANDI

“Təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil pilləsi vacibdir. Azərbaycanda məktəbəqədər təhsillə bağlı ciddi uğurlar əldə edilib”.

ARANTV/AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Nazir məktəbəqədər təhsillə bağlı qarşıda duran əsas məsələlərdən danışıb:

“İlk növbədə uşaqlar düzgün tərbiyə edilməli, qayğı göstərilmədir. Ölkə üzrə hazırda 1825 məktəbəqədər təhsil müəssisəsi (uşaq bağçası) fəaliyyət göstərir. Onlardan 1692-si dövlət müəssisəsidir. Orada 126 509 uşaq təhsil alır”.

O qeyd edib ki, ölkədə 133 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Daha çox xəbərlər