Sosial 

Azərbaycanda olan uşaq bağçalarının sayı açıqlanıb

Ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692 dövlət müəssisəsidir. Orada 126 mindən çox uşaq tərbiyə alır.

ARANTV.AZ  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.

Onun sözlərinə görə, bu müəssisələrdə ümumilikdə 126 min 509 uşaq təhsil alır:

“120 min 485 uşaq dövlət müəssisələrində, 5124 uşaq isə özəl müəssisələrdə təhsil alır”, – nazir qeyd edib.

Daha çox xəbərlər