Gündəm 

Tahir Budaqov Zəngəzur dəhlizinin açılmasının önəmindən danışdı

Ölkəmizin inkişaf edərək dünyada söz sahibinə çevrilməsi xalqın milli maraqlarına əsaslanan siyasətin həyata keçirilməsi sayəsində mümkün olub.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

T.Budaqov bildirib ki, bu gün Azərbaycanın davamlı və inamlı inkişafı Heydər Əliyev siyasətini yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır.

O qeyd edib ki, ölkəmiz nümunəvi iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini cəlb edib. T.Budaqov bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirir və ölkəmizin gələcəyinə pozitiv rəy və nikbin proqnoz verirlər.

T.Budaqov qeyd edib ki, Azərbaycanın müsətqilliyini möhkəmləndirən amillərdən biri də yeni iqtisadi modelin yaranmasıdır. Mərkəzində xalqın rifahının dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

T.Budaqov əlavə edib ki, Azərbaycanın təşəbbüsü ilə mühüm iqtisadi layihələrin həyata keçirilməsi, yol nəqliyyat infrastrukturnun yaradılması ölkəmizə böyük siyası və iqtisadi dividendlər gətirir.

T.Budaqov qeyd edib ki, Azərbaycanın müstəqillik illərində ən böyük uğuru Azərbaycanın tarixi torpaqlarının azad edilməsidir. Bu, qələbə dastanıdır və Prezident İlham Əliyevin siyasətinin uğurudur.

Partiya sədrinin müavini bildirib ki, bu nailiyyətlər Azərbaycanın qlobal mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

T.Budaqov vurğulayıb ki, Zəngəzur dəlizinin açılması Cənubi Qafqazın işbirliyi məkanına çevrilməsinə səbəb olacaq.

Daha çox xəbərlər