Azərbaycandakı erməni milli azlığa öz dilində tədris aparıla bilər?
“Azərbaycanda bir çox milli azlıqların dilində tədris aparılır. Bu model Azərbaycanda yaşayan erməni milli azlığına da tətbiq edilə bilər”.
ARANTV.AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, bu məsələ siyasi prosesin tərkib hissəsidir:
“Hazırda müzakirə edilmir”.

