Sosial 

Bunlar həm müharibə cinayətidir, həm də mənəvi dəyərlərə ziddir

“Orada gördüklərimi, təəssüratımı sözlə ifadə etmək çox çətindir. Elə məzarlıqlar var ki, tamamilə məhv edilib və yeri şumlanıb”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarda apardığı faktaraşdırıcı missiya barədə danışarkən deyib.

O bildirib ki, araşdırmaların nəticələri əsasında qısa zamanda hesabat hazırlanacaq: “Ağdamda, Zəngilanda və Füzulidə olduq. Məzar daşlarında güllə izləri gördük. Çox ağır bir mənzərə idi. Orada heç bir əxlaqa sığmayan işlər görülüb. Bunlar həm müharibə cinayətidir, həm də mənəvi dəyərlərə ziddir”.

Daha çox xəbərlər