Hadisə 

Ağsuda 14 yaşlı oğlan intihar etdi

Ağsu rayonunda yeniyetmə oğlan intihar edib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Əlheydər Qarayev küçəsində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini, 2007-ci il təvəllüdlü X.Ə. yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər