Hadisə 

Doğmalarını itirdi, ot yeməklə yaşadı, kəndirlənmiş halda tapıldı – Azərbaycanda İNSANLIQ FACİƏSİ

Bu ilin may ayında sosial şəbəkələrdə tövlədə kəndirlənmiş halda görüntüləri yayılan 87 yaşlı Səkinə Həsənovanın dayısı oğlu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Gədəbəy rayon Məhkəməsində hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə keçirilən Cinayət Məcəlləsinin 133.2.4 (əzab vermə – köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə açılmış işin istintaqı zamanı dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, yaşlı qadına qarşı qeyri-insanı rəftar edən şəxs onun pensiya kartını da mənimsəyib və bir neçə il ərzində 7 min manatdan artıq pensiyasını kartdan çıxararaq öz məsrəflərinə xərcləyib.

Hadisənin baş verdiyi Novoivanovka kəndində gənclərin tövləyə daxil olaraq S.HƏəsnovanı lentə almasından sonra görüntülər ictimailəşib və faktla bağlı cinayət işi açılıb. Həmçinin S.Həsənova dövlət tərəfindən himayəyə götürülərək sığınacağa yerləşdirilib.

Məhkəmədə qeyd edilib ki, psixi xəstəlikdən əziyyət çəkən 87 yaşlı Səkinə Həsənovaya çoxsaylı işgəncələr verən, həyat yoldaşı ilə birlikdə onu daim döyən və tövləyə kəndirləyən Qəzənfər Həsənov onun dayısı oğludur. Həmçinin Səkinə Həsənova təqsirləndirilən şəxsin həyat yoldaşının anasının xalası qızıdır. Belə ki, Səkinə 1934-cü ildə Göyçə mahalının Ardanış kəndində doğulub, onun Bahar və Sayalı adlı iki bacısı və Sahib adlı bir qardaşı olub. Lakin Sahib uşaq ikən ölüb. Bacısı Sayalı isə Gədəbəyin Novoivanovka kəndinə gəlin köçüb orada yaşayıb. Səkinə hələ Ardanış kəndində yaşadığı dövrdə evlənib, bu nikahından onun bir qız övladı olub, bir müddət sonra qızı öldüyü üçün ərindən boşanıb və bundan sonra ailə həyatı qurmayıb. Səkinənin bacısı Bahar isə ümumiyyətlə, heç vaxt ailə həyatı qurmayıb. 1988-1989-cu il hadisələri zamanı Səkinə bacısı Baharla birlikdə Ermənistandan qaçqın kimi Daşkəsən rayonuna gələrək Kəmərqaya kəndində məskunlaşıb. 1991-ci ildə Bahar ölüb, Səkinə isə Daşkəsən rayonunun Kəmərqaya kəndində bir müddət tək yaşayıb. 1993-cü ildə Sayalı bacısı Səkinəni Gədəbəy rayonu, Novoivanovka kəndinə gətirib öz evində saxlayıb. Psixi xəstəliyi ağırlaşan, alzheymer xəstəliyindən əziyyət çəkən Səkinə gününü küçələrdə keçirib, yollardan boş butulka, zibil yığıb, geyiminə fikir verməyib. Bu müddətdə Səkinə tüfeyli həyat tərzi keçirib, bir gözü tutulub, danışığında da qüsur yaranıb. Novoivanovka kənd sakinlərinin hamısı Səkinənin xətrini istəyib, ona yemək, paltar, pul verib. Səkinə gününü küçələrdə keçirsə də, gecələr bacısı Sayalının, bəzi vaxtlarda isə xalası qızı Nazangülün yanında qalıb”.

Bacısı Sayalı vəfat etdikdən sonra Səkinə müxtəlif qohumlarının evində qalıb. Daha sonra isə xalası Nazangülün Vətən Müharibəsində şəhid olmuş oğlu onu evinə aparıb. Səkinə xalası qızının evinin yaşadığı dövrdə dayısı oğlu Qəzənfər onun pensiya kartını alaraq bankomatdan çıxardığı pulu özünə götürüb. Bunu eşidib bilən Səkinənin xalası Nazangülün oğlu bankdan kartı ləğv elətdirib və yenisini alıb. Bundan xəbər tutan Qəzənfər Səkinənin pensiya kartını ələ keçirmək üçün Elmarın barəsində Gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, guya, Səkinənin küçələrdə qalmasını və Elmar tərəfindən mütəmadi olaraq döyülməsini bildirib. Bundan sonra Qəzənfər Səkinəni öz evinə aparıb və yanında saxlamağa başlayıb”.

Məhkəmədə ifadə verən məlum videokardrları lentə almış gənc deyib ki, Səkinə gündüzlər Novoivanovka kəndi ərazisində gəzib, gecələr isə Qəzənfərin evinə gecələyirmiş: “Bir dəfə gecə saat 23-24 radələrində Səkinənin yolda qalmasını görüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edrək bu barədə məlumat verdim. Gecə saat 24 radələrində polis əməkdaşları gəlib Səkinəni avtomobilə mindirərək Qəzənfərin evinə apardılar. Hər gün heyvanlarımı “Şoraq” adlanan yaylağa aparıb orada otarıram. Həmin yaylağa gedən yol isə Qəzənfərin yaşadığı evin qarşısından keçir. 2021 -ci ilin aprel və may ayları ərzində ayrı-ayrı vaxtlarda heyvanları otarmağa apararkən Qəzənfər və arvadının Səkinəni döymələrini və evdən qovmalarını görürdüm. Belə ki, onlar Səkinəni ağacla, təpik və yumruqla baş və bədəninin müxtəlif nahiylərinə vururdular. Dəfələrlə Qəzənfərə Səkinəni döyməməsini, saxlaya bilmirsə bizə təhvil verməsini söyləmişəm, o isə mənə işinə qarışmamağımı, gedib öz işimlə məşğul olmağımı deyirdi. Səkinə son vaxtlara qədər sərbəst danışa, fikrini izah edə və gəzə bilsə də, sonradan danışa və sərbəst gəzə bilmədir. Bunun səbəbi isə Qəzənfər və arvadının onu döyməsi, əzab və işgəncə verməsi olub. Qəzənfərin Səkinəni döyüb tövlədə saxlaması barədə kənd sakinlərinin danışıqlarından eşitmişdim. 31 may 2021-ci il tarixdə həmişə olduğu kimi səhər saat 08 radələrində heyvanlarını otarmaq üçün örüş sahəsinə apardım və heyvanları Qəzənfərin yaşadığı evin yaxınlığında yerləşən örüş sahəsində otarmağa başladım. Həmin tarixdə təxminən saat 10 radələrində Qəzənfərin arvadının Səkinəni döyməsini gördüm. Pürzə əlindəki ağacla Səkinənin bel və ayaq nahiyələrinə vururdu. Həmin vaxt isə Qəzənfərin evinin alt tərəfindəki tövlədən inəyi çıxarıb gətirərək mərhum qardaşı Cəfər Hacıyevə məxsus tövləninin yanındakı qaz borusunun yanına bağladı. Mənim mobil telefonumda video çəkmək funksiyası olmadığından belə qərara gəlmişdir ki, evə gedib xalam oğlunu çağırım və onunla birlikdə gəlib Pürzənin Səkinəni döyməsini videoya çəkib bu barədə hüquq mühafizə orqanlarına məlumat verim”.

Ad – 00:05
citynet.az

Onlar geri qayıdaraq gizlicə tövləyə daxil olublar və kəndirlə ağaca bağlanmış Səkinəni lentə alıblar. Bundan sonra görüntüləri Elçin adlı şəxsə vatsap vasitəsilə göndəriblər. Elçin isə öz növbəsində bu görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Səkinəni bir neçə dəfə döydüyünü etiraf edib. O deyib ki, Səkinə kənd sakinlərinin taxıl sahələrinə daxil olaraq onların əkinini əzib və ziyan vurub. Bu səbəbdən bir neçə dəfə ona xəbərdarlıq etmək məqsədilə əli ilə vurub. Səkinənin pensiya kartından çıxardığı pula gəlincə, Qəzənfər Hacıyev həmin vəsaiti Səkinənin özünə xərclədiyini bildirib.

Dekabrın 16-da Gədəbəy rayon Məhkəməsində məhkəmə prosesi başa çatıb, 74 yaşlı Qəzənfər Hacıyev qeyd edilən maddələr üzrə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

HotLog

Daha çox xəbərlər