Paytaxtda 14 yaşlı qız özünü maşının altına atdı
Bakıda intihara cəhd hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Azadlıq prospektində 2007-ci il təvəllüdlü Şükürlü Nəzrin Fanil qızı özünü hərəkətdə olan avtomobilin qarşısına atıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

