Hikmət Hacıyevdən Milad təbriki – FOTO

Hikmət Hacıyevdən Milad təbriki – FOTO

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Milad bayramını qeyd edən şəxsləri təbrik edib.

“Milad bayramını qeyd edən bütün dostlarımıza və həmkarlarımıza sülh və bərəkət arzulayıram”, – deyə o “Twitter” hesabında yazıb.

H.Hacıyev qeyd edib ki, Azərbaycanda tarixən və ənənəvi olaraq məscidlər, kilsələr, sinaqoqlar sülh və qarşılıqlı hörmət şəraitində yanaşı mövcud olublar.