Yubileyiniz mübarək, cənab Prezident
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Təbii ki, Azərbaycanın bütövlükdə beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi ilə əlaqədar qarşıya qoyulan hədəflər də var. Ən başlıca hədəf isə Azərbaycanın işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Biz gələcəyə inamla və optimist baxırıq. Müstəqil dövlətimiz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir. Azərbaycan daha böyük inkişafa doğru irəliləməkdədir və ölkəmizin gələcəyi daha işıqlı olacaq. Hər bir Azərbaycan vətəndaşı bu inkişafdan fayda görəcək və respublikamız, cəmiyyətimiz yüksəlişin yeni pilləsinə gəlib çıxacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəkdə yeni və daha möhtəşəm uğurlara imza atacaq.
Dövlətimizin başçısının yüksək liderlik və hərbi sərkərdəlik keyfiyyətləri Vətən müharibəsində bir daha müşahidə etdik. Vətən müharibəsində xalqımız Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi prinsipial mövqeyinin, uzaqgörən diplomatiya yürütdüyünü bir daha gördü. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər və beynəlxalq arenadakı böyük nüfuzu, xalq-iqtidar birliyi Vətən müharibəsində qələbəni şərtləndirən vacib amillərdən oldu. Ermənistan hərbi birləşmələrinin cəmi 44 gün ərzində darmadağın edilməsi xalqımızın milli qürur hissini və ləyaqətini özünə qaytardı. Dünya birliyi Vətən müharibəsində Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu gördü.
İşğaldan azad olunan torpaqlarımızda Azərbaycan Respublikasının Dövlət bayrağının dalğalanması, geniş quruculuq işlərinin aparılması, erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrimizin və məscidlərimizin bərpası hər birimizdə böyük qürur hissi yaradır. Əminik ki, bu ərazilər məhz Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin ən abad guşəsinə çevriləcək və keçmiş məcburi köçkün soydaşlarımız tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Ad gününüz mübarək, cənab Prezident!
Çox sevindirici haldır ki, bu sevincli, 24 dekabr 2021-ci il tarixi günü ölkə rəhbərinin poçtuna daxil olan məktiublarda Masallı rayonu, Çaxırlı kəndinin sakini Seyfəddin Əliyevin də məktubu dərc edilmişdir. Məktubda deyilir:
-Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi böyük qürur hissi ilə ürəkdən salamlayır, Sizə uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Bu gün Sizin gərgin, fədakar xidmətləriniz sayəsində ölkəmiz ictimai-siyasi sabitliyi, mədəni-iqtisadi inkişafi ilə regionun lider dövləti səviyyəsinə yüksəlmişdir. Cənnət Qarabağda Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz 30 illik erməni işğalına son qoymuşdur. Doğma Qarabağda Zəfər yazılmış və hazırda işğaldan azad olunmuş əzəli torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin görülməsi qəlbimizi tükənməz qürurla sevindirir.
Cənab Prezident, inanırıq ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə bundan sonra da parlaq qələbələr əldə edəcəkdir. Bu çətin və şərəfli yolda Sizə bir daha uğurlar arzu edir və daim Sizinlə olduğumuzu bildiririk.
Allah Sizi qorusun.
Yaşasın Azərbaycan!
Təbriklərə biz də, çoxsaylı Masallı sakinləri də qoşulur, ölkə başçısını həyatında ən əlamətdar günü olan 60 illik yubileyini təbrik edirik!
Allah Sizi qorusun, cənab Prezident!
Əlihüseyn Şükürov,
Masallı rayon sakini

