Azərbaycana 200 milyon dollarlıq meyvə-tərəvəz gətirilib
Cari ilin yanvar-noyabr aylarında ölkəyə 356,4 min ton meyvə-tərəvəz idxal edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 196,1 milyon dollar olub.Xatırladaq ki, ötən ilin eyni dövründə 174,1 milyon dollarlıq 308,4 min ton meyvə-tərəvəz idxal edilib.

