Sosial 

Azad edilən ərazilərdəki polis postlarına dərmanlar göndərilib

Daxili İşlər Nazirliyinin (DİN) azad edilən rayonlardakı 6 postuna təcili-tibbi yardım ləvazimatları, dərmanlar göndərilib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, daha əvvəl isə Ağdam və Şuşa şəhərində Vətən torpaqlarının keşiyini çəkən polis əməkdaşlarına zəruri ləvazimatlar verilib.

Daha çox xəbərlər