Dünya 

Rusiyada dərslər dayandırıldı – Səbəb

Rusiyanın Çelyabinsk şəhərində kəskin hava şəraiti ilə əlaqədar məktəblərin ibtidai siniflərində dərslər birgünlük ləğv olunub.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə şəhərin növbətçi-dispetçer xidməti məlumat verib.

Qeyd olunur ki, səhər saatlarında şəhər ərazisində mənfi 26 dərəcə temperatur qeydə alınıb.

Bununla əlaqədar hər iki növbə üzrə 1-4-cü siniflərdə dərslərin dayandırılması qərara alınıb.

Daha çox xəbərlər