Siyasət 

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan vətəndaşları sülh və firavanlıq şəraitində yaşayırlar

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

ARANTV.AZ  xəbər verir ki, məktubda qeyd edilir:

Çox hörmətli İlham Heydər oğlu,

Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Yüksək insani və peşəkar keyfiyyətləriniz, mühüm idarəçilik təcrübəniz Sizə çətin dövlət vəzifələrini uğurla həll etməyə imkan verir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasının vətəndaşları sülh və firavanlıq şəraitində yaşayırlar. Səmərəli daxili və xarici siyasətiniz sayəsində ölkə iqtisadiyyatı uğurla inkişaf edir, böyük investisiya layihələri reallaşdırılır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, ən cəsarətli planlarınızın həyata keçməsini arzulayıram.

Daha çox xəbərlər