Siyasət 

Prezident İlham Əliyevin ailəsi ilə Şuşa və Hadrut səfəri – TAM VİDEO

Xəbər verdiyimiz kimi, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

ARANTV.AZ  xəbər verir ki, Hadrut qəsəbəsinə səfərdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərinə gediblər.

Dövlət başçısı Şuşanın məşhur Cıdır düzündə çıxış edib. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər.

Sözügedən səfərdən geniş reportajı təqdim edirik:

Musavat.com

Daha çox xəbərlər