Gündəm 

Azərbaycan dövləti İranla barışdı, bəs, xalq? –VİDEOSORĞU

Məlum olduğu kimi, qonşumuz İranla bir neçə ay öncə ciddi gərginliklər və problemlər yaşadıq. Lakin Azərbaycan dövlətinin apardığı məqsədyönlü və düzgün diplomatik fəaliyyəti, uğurlu siyasi manevrləri, ən əsası isə, qətiyyətli duruşu vəziyyəti dəyişdirdi.

İnsaf naminə demək lazımdır ki, İran rəsmiləri də buraxdıqları səhvlərin arxasınca düşmədilər, yanlışdan dönməyi və münasibətlərin normallaşması üçün lazım olan diplomatik reaksiyanı verməyi bacardılar. İndi hər iki dövlətin rəsmiləri bir-birinin ünvanına “dost-qardaş” ifadələrini işlədirlər. Artıq məsələ yalnız sözdə qalmayıb, əməldə də ciddi addımlar atılıb, məsafələr qət edilib. Bu günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıya gəldi və burada ölkə başçısı da daxil olmaqla, çox mühüm görüşlər keçirdi, qarşılıqlı əməkdaşlığa dair sənədlər imzaladı. İran artıq bizim Zəngəzur dəhlizi anlaşmamızın və regional əməkdaşlıq formatı olan “3+3” formatımızın içində var! Yəni 2 ay əvvəl soyuq müharibə apardığımız İranla artıq strateji tərəfdaşıq.

Bəs, bu dəyişikliyə vətəndaşlarımız nə deyirlər? İran azərbaycanlıların ən çox yaşadıqları, milli çoxluq halında olan ölkədir. Bu ölkənin bir qisminə biz “Cənubi Azərbaycan” deyə sevgi ilə xitab edir və sevirik. Xalq nümayəndələri üzərində 35 milyon Azərbaycan türkünün yaşadığı İranla barışmağımıza necə baxır? Bu siyasəti dəstəkləyirmi?

Videomaterialı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

Nigar Həsənli,
Alim Liftiyev
Musavat.com

Daha çox xəbərlər