Siyasət 

Dmitri Kozak Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

ARANTV.AZ xəbər verir ki, təbrikdə qeyd edilib:

Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Respublikası dinamik inkişaf edir, dövlətlərimiz isə uzun illər boyu strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirir. Bu münasibətlərin əsasını Rusiya və Azərbaycan xalqları arasında əsl dostluq və mehriban qonşuluq əlaqələri təşkil edir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uğurlar, tükənməz enerji, Azərbaycan Respublikasına və onun vətəndaşlarına sülh və firavanlıq diləyirəm.

Daha çox xəbərlər