Hadisə 

13 yaşlı qız dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

2008-ci il təvəllüdlü R.Allahverdiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumatına görə, 13 yaşlı yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.

Daha çox xəbərlər