Rusiyada helikopter qəzası baş verib
Rusiyanın Udmurtiya respublikasında neft kəmərinə baxış keçirən helikopter qəzaya uğrayıb.
Rəsmi məlumatda qeyd olunur ki, Moskva vaxtı ilə saat 14:00 (Bakı vaxtı ilə 15:00) radələrində Udmurtiyanın Yakşur-Bodinski bölgəsində helikopterin qəzaya uğraması barədə məlumat daxil olub.
Helikopter Kazan şəhərindən havaya qalxıb. Qeyd olunur ki, göyərtədə iki pilot olub. Qəza yerinə xilasedicilər cəlb olunub.
Mənbə: TASS

