Bakıda bankomatdan pul çıxaran qadına xəsarət yetirilib

Bakıda bankomatdan pul çıxaran qadına xəsarət yetirilib

Bakıda 42 yaşlı qadın hücuma məruz qalaraq xəsarət alıb.

ARANTV.AZ “Report”a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Aydın qızı bankomatdan pul çıxararkən tanımadığı şəxs ona xəsarət yetirib.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdirma aparılır.