74 yaşlı qadın dəm qazından öldü

74 yaşlı qadın dəm qazından öldü

Qubada 74 yaşlı qadın dəm qazından boğulub.

ARANTV.AZ-ın xəbərinə görə, rayon sakini, 1947-ci il təvəllüdlü Bənövşə Cavadova yaşadığı evdə dəm qazından zəhərlənib.

Zəhərlənən qadın ailə üzvləri tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.