Gündəm 

Ermənistan post-sovet regionunda işsizlik səviyyəsinə görə liderdir

Ermənistan işsizlik səviyyəsinə görə keçmiş SSRİ məkanında ilk yerdə qərarlaşıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının hesabatında deyilir.

Qeyd olunur ki, 2020-ci ilin göstəricilərinə əsasən, Ermənistan dünyada 7-ci yerdədir Ölkədə işsizlik səviyyəsi 20,2 faizə bərabər olub.

“Post-sovet məkanında ikinci yerdə 12,1 faiz işsizliklə Gürcüstan qərarlaşıb. Ukraynada işsizlik səviyyəsi 9,5 faiz, Azərbaycanda 6,3 faiz, Rusiyada 5,7 faiz təşkil edib. Regionda ən az işsizlik səviyyəsi Türkmənistanda qeydə alınıb – 4,4 faiz”, – hesabatda deyilir.

Daha çox xəbərlər