Hadisə 

Azərbaycanda güclü PARTLAYIŞ – Yaralılar var

Mingəçevir şəhər Günəşli massivində yerləşən evlərin birində güclü partlayış baş verib.

ARANTV.AZ-ın unikal-a istinadən məlumatına görə, partlayış nəticəsində ev tamamilə yararsız hala düşüb. Həmçinin partlayışın təsirindən ona bitişik binaya da zərər dəyib.

Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər – 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər